Sürücülərin nəzərinə! Ziya Bünyadov prospekti bağlanır

Sürücülərin nəzərinə! Ziya Bünyadov prospekti bağlanır

Bakının Ziya Bünyadov prospektində hərəkət yenə məhdudlaşdırıldı. SİA-nın xəbərinə görə, "Azəryolservis" ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, bu gün saat 22:00-dan etibarən Ziya Bünyadov prospektinin Böyükyor yol qovşağından 20 Yanvar dairəsinə qədər olan hissəsində nəqliyyat vasitlərinin hərəkəti məhdudlaşdırılacaq.

Məhdudlaşma I Avropa Oyunları ilə əlaqədar yolda göstərici xətlərin və üfüqi nişanların rənglənməsi işlərinin aparılması ilə əlaqədardır.

Bütün xəbərlər Facebook səhifəmizdə