“Soyqırımı” sənədli filmi yayımlanacaq

“Soyqırımı” sənədli filmi yayımlanacaq

Rusiyanın NTV telekanalı qondarma "erməni soyqırımı" ilə bağlı "Soyqırımı: Başlanğıc" adlı sənədli filmi yayımlamağa hazırlaşır. SİA-nın məlumatına görə, filmdə Osmanlı İmperatorluğunun ermənilərə qarşı "soyqırımı" törətdiyi iddiaları öz əksini tapıb. "NTV" kanalının saytında gündəlik proqramların xülasəsində yer alan film barədə kiçik fragmandan bəlli olur ki, sənədli filmdə Osmanlı İmperatorluğu əleyhinə ağlasığmaz iddialar ortaya atılıb.

Qeyd edək ki, filmi hazırlayan qrupun bəzi araşdırmalar aparmaq üçün Türkiyəyə gəldiyi və burada yerləşən yeganə erməni kəndini ziyarət edərək, kənddə hadisə şahidlərindən müəyyən məlumatlar əldə etdiyi bildirilir.
Ssenarisi və çəkilişləri "nağıl" təsiri bağışlayan bu sənədli filmdə Osmanlı İmperatorluğu haqqında əsassız iddialar ortaya atılıb. Maraqlısı odur ki, filmin çəkilişləri zamanı fakt olaraq heç bir arxiv sənədlərindən istifadə olunmayıb. Yaxın günlərdə yayımlanması gözlənilən bu film erməni diasporasının atdığı çirkin addımlardan biri kimi qiymətləndirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə