20 aprel 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov Qazaxıstan Respublikasının Astana şəhərinə səfər edib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, səfərin məqsədi Qazaxıstan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (KИСИ) tərəfindən keçiriləcək "Avrasiyanın nəqliyyat dəhlizləri: əməkdaşlığın yeni yolları" mövzusunda konfransda iştirak və çıxış etməkdir.
Tədbirdə Qafqaz - Mərkəzi Asiya ölkələrinin transavrasiya nəqliyyat dəhlizindəki rolu, region ölkələrində reallaşdırılan infrastruktur layihələri, nəqliyyat dəhlizində iştirakın ölkələrarası ticarətin artması və regiona xarici investisiyaların cəlb edilməsindəki rolu və s. mövzularda muzakirələr nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB