Lənkəranda “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü”

Lənkəranda “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü”

"Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü" ilə bağlı Lənkəran Tarix-diyarşünaslıq muzeyində maarifləndirici tədbir təşkil olunub. SİA-nın Cənub bürosunun məlumatına görə, tədbir çərçivəsində baş abidə mühafizəçisi Vamiq Babayev çıxış edərək bu əlamətdar günün tarixi barədə və Lənkəranda olan abidələr barədə məlumat verib. Muzeyin direktoru Ülviyyə Əliyeva çıxış edərək respublikamızda bu sahəyə olan diqqət və qayğı haqqında danışıb. Bütün lənkəranlılar adından Tarix-diyarçünaslıq muzeyinin təmirinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə və Lənkəran Şəhər İcra Hakimiyyətinə öz minnətdarlığını bildirib.

Sonra tədbir çərçivəsində muzeyə gəzinti təşkil olunub və mühazirə oxunub. Günün ikinci yarısında Lənkəranda olan tarixi abidələrə-Həzi Aslanovun ev muzeyinə, Şeyx Zahid ziyarətgahına, "Sığın" daş qutu nekropoluna ekskursiya təşkil olunub.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə