FHN-çilər ağac əkdilər

Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 10 illik yubileyi münasibətilə aprelin 18-də nazirliyin Aparatı və Su Ehtiyatları Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib. FHN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, aksiya zamanı Ceyranbatan su anbarı ətrafında böyük ərazidə təmizlik-abadlıq işləri aparılıb, 1100 sidr ağacı əkilib.

Aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə