Bu gün Bakı Slavyan Universitetində (BSU) manera.az ədəbiyyat və mədəniyyət portalının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan şairə Xanım Aydın ilk öncə tədbir iştirakçılarına portal haqqında məlumat verib. Onun sözlərinə görə, yeni açılan manera.az ədəbiyyat və mədəniyyət portalı gənc şair və yazıçıların ədəbi-bədii yazılarının işıqlandırılması üçün çox böyük əhəmiyyətə malik olacaq: "Yeni açılan saytımız bir çox xüsusiyyətlərinə görə digər saytlardan fərqlənir. Belə ki, manera.az portalı müxtəlif tipli materialların yerləşdirilməsi üçün xeyli əhəmiyyətlidir. Portalda uşaq ədəbiyyatı bölməsi də fəaliyyət göstərir. Məhz bu bölmə vasitəsilə valideynlər kiçik yaşlarında ədəbiyyata maraq göstərən övladlarının müxtəlif səpkili yazılarını da dərc etdirə bilərlər".
Daha sonra çıxış edən Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Asif Hacıyev bildirib ki, yeni açılan portalın seçdiyi yol çox fərqli və uğurlu gələcəyə aparan bir yoldur: "Ümumiyyətlə müasir dövr gənclərinin öz parlaq gələcəklərini qurmaları üçün qarşılarında müxtəlif yollar vardır. Bu gün fəaliyyətə başlayan manera.az ədəbiyyat və mədəniyyət portalının gəncləri də çox fərqli bir yol seçiblər. Fikrimcə gənclərin öz yenilikçi və azad ideyalarını bu portalda əks etdirmələri çox fərqli yanaşmadır və gələcəyə doğru atılan inamlı bir addımdır. Ümid edirəm ki, yeni fəaliyyətə başlayan bu portal bütün türkdilli ölkələrdə tanınacaq və Azərbaycan mətbuatı ideyalarına sadiq qalacaq. Bunun üçün isə gənclərimiz çoxşaxəli fəaliyyət göstərməlidirlər".
Daha sonra tədbirdə çıxış edən mədəniyyət və elm adamları da başda saytın baş redaktoru Şəhla Aslan olmaqla yeni fəaliyyətə başlayan portalın əməkdaşlarına uğurlar arzulayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB