"Qaçqınkom"un sədri iranlı nazirlə mətbuat konfransı keçirib FOTOLAR
Bu gün Azərbaycan Respublikasının Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov İran İslam Respublikasının kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbii ilə birgə mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, səfərin yekunları ilə bağlı təşkil olunan mətbuat konfransda İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin də iştirak edib. Baş nazirin müavini Əli Həsənov bildirib ki, qonaq üç gündür Azərbaycanda rəsmi səfərdədir: "Onu geniş tərkibdə nümayəndə heyəti təmsil edir. Mən özüm də ötən il iranlı nazirin dəvəti ilə İranda səfərdə oldum. İİR-da bizi müşayiət edən, bizimlə məşğul olanlar öz qardaşlıqlarını, dostluqlarını, qonşuluqlarını nümayiş etdirdilər. Biz orada söhbət apardıq ki, onun hansı istəkləri var. Azərbaycanda nazirin Azərbaycana rəsmi səfəri çərçivəsində 10 yaxın görüşü keçirildi. Təbii ki, bütün görüşlər də səmərəli oldu".
Qonaq isə öz növbəsində Azərbaycanda səfərdə olmaqdan məmnun olduğunu dilə gətirib: "Burada bir sıra maraqlı və önəmli görüşlər keçirdim. İki ölkənin xalqları arasında müştərək dini, tarixi əlaqələr var. İki ölkənin münasibətləri çox yaxşı səviyyədədir. İİR-nin bütün məsul şəxsləri Azərbaycanı önəmli bir strateji tərəfdaş ölkə hesab edirlər. Son bir ildə Azərbaycan-İran arasında çoxsaylı görüşlər, səfərlər oldu. Azərbaycan İranın Nüvə Proqramının davam etdirilməsi məsələsində həmişə bizim yanımızda olub".
Sonda jurnalistləri maraqlandıran suallara cavab verilib.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB