Bu gün YAP Masallı rayon təşkilatı aparatında faşizm üzərində qələbənin 70 illik yubileyi münasibətilə Böyük Vətən müharibəsi veteranları ilə görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, görüşü giriş sözü ilə açan YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev qeyd edib ki, bu il artıq faşizm üzərində qələbənin 70-ci ildönümü tamam olacaq. O dəhşətli illərdən uzun bir vaxt keçsə də müharibənin vurduğu yaralar hələ də yaddaşlardan silinməyib. Azərbaycanın mərd oğul və qızları Böyük Vətən müharibəsində mərdliklə vuruşub, qəhrəmanlıq zirvəsinə qədər yüksəlib. Onların şanlı, şərəfli yolunu davam etdirən yetişən nəsil də torpaqlarımızın bir qarışını belə düşmənlərə qıymır, sinələrini güllə qabağına verərək şəhidlik zirvəsinə ucalırlar. Belə insanlar həyat durduqca yaşayacaqlar.
S.Əliyev daha sonra müharibə iştirakçılarının keçdikləri rəşadətli zəfər yolundan, Ümummmilli Lider Heydər Əliyevin hələ sovetlər dövründə hakimiyyətdə olduğu vaxt azərbaycandan olan müharibə iştirakçılarına qarşı mənfur qüvvələrin təxribat kompaniyalarının qarşısını necə almasından söz açıb və bu gün də Prezident İlham Əliyevin müharibə iştirakçılarına göstərmiş olduğu xüsusi qayğını diqqətə çatdırıb. Böyük Vətən müharibəsi iştirakçıları ilə görüşdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyevin çıxışının sonunda veteranlara can sağlığı arzulayaraq əlavə edib ki, "Siz veteranlar qələbə, zəfər sevincini, zəfərin şirinliyini dadmış insanlarsınız. Böyük Vətən müharibəsinin iştirakçıları arasında sağ qalanlar - o illərin canlı şahidləri bu gün hər birimiz üçün əzizdir. Qoy Allah burada iştirak edən gənclərə, bütün Azərbaycan gəncliyinə Qarabağda bu zəfər şərbətini, zəfər şirinliyini dadmağı nəsib etsin!".
Daha sonar çıxış edən Masallı rayon müharibə, əmək və silahlı qüvvələr veteranları təşkilatının sədri Məmmədağa Şiriyev Böyük Vətən müharibəsi zamanı Masallı rayonundan cəbhəyə getmiş döyüş iştirakçıları haqqında söz açaraq statistik məlumatlar verib. Daha sonra natiq öz çıxışında sovetlər dönəmindən sonra müharibə veteranlarına qarşı yaranmış diqqətsizliyin, laqeydliyin Heydər Əliyevin ikinci dəfə Azərbaycanın idarəçiliyinə gəldiyi illərdə aradan qalxdığını, müharibə iştirakçılarının dövlətin diqqət mərkəzində olduğunu qeyd edib.
Böyük Vətən müharibəsi veteranı, Lenin ordenli Atabala Hacıyev çıxışında tədbirdə iştirak edən gənclərə öz dəyərli məsləhət və nəsihətlərini verərək, müharibə veteranlarına göstərilən qayğı və diqqətə görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə öz minnətdarlığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB