Nizami rayonunda növbəti idman yarışı keçirilib TƏDBİR-FOTOLAR

Nizami rayonunda şahmat yarışı keçirilib
Nizami rayonunda növbəti idman yarışı keçirilib TƏDBİR-FOTOLAR

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Nizami rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının, rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə məktəblilər arasında şahmat yarışı keçirilib. SİA-nın xəbərinə görə, yarışın açılış mərasimində çıxış edən YAP Nizami rayon təşkilatının Aparat rəhbəri Ramil Vəlibəyov və digər qonaqlar bildiriblər ki, bu gün Azərbaycan şahmat idman növü üzrə dünyanın ən güclü idmançılarına sahibdir. Bu sahəyə göstərilən qayğının nəticəsidir ki, şahmatçılarımız beynəlxalq yarışlarda dövlət bayrağımızı ucaldır, himnimizi səsləndirirlər.

Qeyd edilib ki, şahmat üzrə 2015-ci il Dünya Kuboku yarışlarının və 2016-cı il Dünya Şahmat Olimpiadasının Azərbaycanda keçirilməsinin nəzərə alınması bir daha idmanın bu növünə olan diqqətin bariz nümunəsidir.

Çıxışlardan sonra püşkatma keçirilib və yarışa start verilib.

21 məktəbin şahmatçısının iştirak etdiyi yarış olimpiya sistemi üzrə keçirilib. Yarışda yüksək əzmkarlıq və peşəkarlıq nümayiş etdirən 238 saylı məktəbin şagirdi Vüqar Əsədli birinci, 277 saylı məktəbin şagirdi Zülfüqar Rəhimov ikinci və 145 saylı məktəbin şagirdi Asim İmanov üçüncü yerin qalibi olub.

Sonda yarışın qalibləri medal və diplomlarla mükafatlandırılıb, xatirə şəkli çəkdirilib.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə