Pirallahıda hesabat yığıncağı keçirilib FOTO

Pirallahıda hesabat yığıncağı keçirilib FOTO

17 aprel 2015-ci il tarixdə Pirallahı rayonunda 2015-ci ilin I-rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib. SİA-nın xəbərinə görə, hesabat yığıncağında Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, milli məclisin üzvü Rauf Əliyev, Şura üzvüləri, idarə və müəsisə rəhbərləri və rayon ictimayətinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov aprelin 10-da Prezident cənab İlham Əliyevin sədirliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasın keçirildiyini və həmin iclasda möhtərəm Prezidentin 2015-ci ilin 3 ayı ərzində Respublıkamızın sosial-iqtisadi inkişafını çox müsbət dəyərləndiyini, iqtisadiyyatın dinamik inkişafının təmin edilməsini müsbət dəyərləndiyini bildirdi.Daha sonra V.İmanov 2015-ci ilin birinci rübündə rayonda sosial-iqtisadi inkişafin yekunlarına dair hesabatla çıxış etdi. Rayonda birinci rübün yekunları üzrə sosial-iqtisadi həyatın bütün sahələrində yüksək nəticələrin əldə olunduğu bildirildi.

Hesabat ətrafında çıxış edən millət vəkili Rauf Əliyev, Pirallahı SuKanal idarəsinin rəisi Əli Kərimov,Pirallahı Rayon MKTB-nin rəisi Sahib Qurbanov, RİH-nin baş məsləhətçisi Ramiz Verdiyev və başqaları əldə olunmuş uğurlardan, mövcud problemlərdən və onların aradan qaldırılması yollarından danışıblar.

Millət vəkili Rauf Əliyev öz çıxışında rayonda görülmüş işləri çox yüksək qiymətləndirdi və mövcud problemlərin həllində köməklik göstərəcəyini bildirdi. O eyni zamanda dünyada baş verən müxtəlif siyasi hadisələrə o cümlədən Avropa Parlamentinin "qondarma erməni soyqırımı" barəsində qəbul etdiyi qətnaməyə öz etirazını bildirdi. O qeyd etdiki Avropanın, ABŞ-ın müxtəlif təşkilatlarının apardığı ikili standartlara bir millət olaraq ancaq möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında daha sıx birləşərək öz sözümüzü deməliyik.

Yığıncaq Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun yekun çıxışı ilə bitib.

Bütün xəbərlər Facebook səhifəmizdə