YAP GB ofisində müzakirələr aparılıb FOTOLAR

YAP GB ofisində müzakirələr aparılıb FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin Ofisində fəaliyyət göstərən "Beynəlxalq münasibətlər və Diplomatiya Klubu" layihəsi çərçivəsində növbəti müzakirə keçirilib. SİA-nın xəbərinə görə, müzakirə olunan mövzu "dünya düzənində müasir çağırışlar və fərqli siyasi meyllər" olub. Tədbirdə qonaq qismində Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının siyasi araşdırmalar institunun direktoru, YAP-ın YAP-ın Beynəlxalq Əlaqələr Komissiyasının katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirov iştirak edib. Müzakirə zamanı dünyanın ayrı-ayrı regionlarında baş verən hadisələr ətrafında fikir mübadilələri aparılıb.

Qeyd edək ki, YAP Gənclər Birliyinin Ofisində fəaliyyət göstərən "Beynəlxalq münasibətlər və Diplomatiya layihəsi "Foreign Policy club" çərçivəsində fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə