Sabah 24 dərəcə isti olacaq PROQNOZ

Sabah 24 dərəcə isti olacaq PROQNOZ

Aprelin 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Gündüz arabir güclənən mülayim cənub küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən xəbərə görə, havanın temperaturunun gecə 6-9, gündüz 15-19 dərəcə isti olacağı gözlənilir.

Aprelin 18-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-10, gündüz 17-22 dərəcə isti, bəzi yerlərdə 24 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə isti, gündüz 10-15, bəzi yerlərdə 18 dərəcə isti olacağı gözlənilir.

Yaxın üç gün ərzində Abşeron yarımadasında komfort temperatur şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir. Aprelin 20-nə kimi temperatur nüsbətən yüksələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə