"Liverpul" Falkaonu transfer etmək üçün Balotellini satmağa hazırlaşır
Radamel Falkao "Liverpul"a keçir

"Daily Mirror"un xəbərinə görə, "qırmızılar" maliyyə feyr-pleyi qaydalarını pozmamaq üçün öncə Mario Balotellini satmağı planlaşdırır. Daha sonra isə "Liverpul" Falkaonu heyətinə qatmağa çalışacaq. Ancaq italiyalı futbolçunu transfer etmək istəyən klub yoxdu.

Əgər Falkao "Monako"ya qayıtmadan "Liverpul"a keçərsə, 1964-cü ildən bəri "Mançester Yunayted"i Mersisayd klubuna dəyişən ilk futbolçu olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə