Türkiyə diplomatik hücuma keçdi

Türkiyə diplomatik hücuma keçdi

1915-ci il hadisələrinin 100-cü ildönümünə görə Erməni diasporası beynəlxalq səviyyədə kampaniyaya başlayıb. Bu həftə Papa Fransiskin "XX əsrin ilk soyqrımı Erməni soyqrımıdır" sözləri gündəmin əsas mövzusuna çevrilib. Türkiyə isə təbii olaraq buna sərt reaksiyasını göstərib. Bir tərəfdən də gözlər ABŞ prezidenti Obamaya çevrilib. Obama aprelin 24-də məsələ ilə bağlı xəbər yayımlayacaq. ABŞ rəhbərliyi soyqırımı yerinə dəhşətli qırğın ifadəsindən istifadə edib. Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Obamanın açıqlaması zamanı ABŞ-da səfərdə olacaq.

Çavuşoğlu Kerrinin yanında fəaliyyət göstərən konqres üzvləri ilə də görüşəcək. Həmçinin "Carnegie Endowment for International Peace" adlı təşkilatda da çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə