Milli Məclisin sədri Oqtay Əsədov başda olmaqla Azərbaycan parlamentinin nümayəndə heyəti Sankt-Peterburqda MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyası Şurasının iclasında və Qələbənin 70 illiyinə həsr olunmuş təntənəli plenar iclasda iştirak edir. MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən bildiriblər ki, MDB ölkələri parlamentlərinin rəhbərləri Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi şərəfinə Sankt-Peterburqda vahid birlik məşəli yandıracaqlar. Rəmzi xarakter daşıyan bu aksiya yaz sessiyası çərçivəsində təşkil olunub. Şuranın üzvləri onlarca aktual məsələyə baxacaq, Parlamentlərarası Assambleyanın hazırladığı sənədləri müzakirə edəcək və məruzəçilərin çıxışlarını dinləyəcəklər.
Böyük Qələbənin 70 illiyi münasibətilə iki qanun layihəsi – "Vətənin müdafiəsi zamanı həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında" və "Vətənpərvərlik tərbiyəsi haqqında" qanun layihələri işlənib hazırlanaraq plenar iclasın müzakirəsinə verilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB