Bakıda Türk musiqilərinin təqdimatı keçiriləcək

Bakıda Türk musiqilərinin təqdimatı keçiriləcək

Bu gün Türkiyənin Bakıdakı səfirliyində Türkiyənin Yunus Əmrə İnstitutunun yeni layihəsinin təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, 21 apreldə Bakıda keçiriləcək "Sahnedeki Türkiye: Burhan Öcal Oriental Ensemble feat Hüsnü Şenlendirici" konsertinin təqdimatında Yunus Əmrə İnstitutunun Bakı nümayəndəsi Ali Cura, İnsitutun sədr müavini Şaban Çobanoğlu, və layihələrə üzrə koordinatoru Haşim Koç iştirak ediblər.

Tədbiri çıxış nitqi ilə açan Şaban Çobanoğlu İnstitutun 40- dan çox ölkədə müxtəlif səpkidə layihələr həyata keçirdiyini ifadə edib. Belə bir musiqi şənliyi layihəsinə Bakıdan start verildiyi üçün məmnunluğunu ifadə edib. Daha sonra çıxış edən İnsitutun layihələr üzrə koordinatoru Haşim Koç bundan öncə də Azərbaycanda bir çox milli və mədəni layihələrin həyata keçirildiyini deyib. O qeyd edib ki, Türkiyədə gerçəkləşdirilən tədbirlərə artıq Azərbaycanda da yer verilir. Bundan başqa, hər il Türkiyə həftəsi müxtəlif ölkələrdə təşkil edilir, keçən il İranda, bu il Afrikanın bir ölkəsində, önümüzdəki illərdə isə Azərbaycanda keçirilə bilər.

Daha sonra çıxış edən Yunus Əmrə İnstitutunun Azərbaycan nümayəndəliyinin rəhbəri Ali Cura dünyada hər il 700-dən artıq layihə gerçəkləşdirdiklərini, bunların bir çoxuna Azərbaycandan start verildiyini deyib. O qeyd edib ki, Yunus Əmrə İnstitutu Azərbaycan və Türkiyə arasında milli və mədəni əlaqələrin daha da möhkəmlənməsi istiqamətində layihələr həyata keçirir.

Bütün xəbərlər Facebook səhifəmizdə