Kənd təsərrüfatı naziri Heydər Əsədov aprelin 24-də saat 11-də Tərtər rayonunda Tərtər, Bərdə, Ağcəbədi, Ağdam və Laçın rayonlarından olan sakinləri qəbul edəcək. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qəbulda iştirak etmək istəyən vətəndaşlar Bərdə Ərazi Kənd Təsərrüfatı İdarəsinə (Əlaqə telefonu: (055-211-44-75) və Kənd Təsərrüfatı Nazirliyinə (Əlaqə telefonu: 012-493-51-64, 050-352-06-27) müraciət edə bilərlər. Həmçinin nazirliyin qaynar xətti (1652) və elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçmək mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB