Dünya şöhrətli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi Ukraynada böyük ehtiramla yad edilib. SOCAr-dan SİA-ya verilən xəbərə görə, Azərbaycan Respublikasının Ukraynadakı səfirliyinin və SOCAR nümayəndəliyinin əməkdaşları, bu ölkədə fəaliyyət göstərən azərbaycanlı gənclər təşkilatının və diasporun nümayəndələri Kiyev vilayətinin İrpen şəhərində Zərifə Əliyevanın adını daşıyan Dostluq parkına gələrək, onun abidəsi önünə gül-çiçək dəstələri qoyublar.
Zərifə Əliyeva adına Dostluq parkı 2010-cu ildə SOCAR tərəfindən rekonstruksiya olunub. Parkın salınmasında əsas məqsəd SSRİ-də yüksək alimlik dərəcəsi və SSRİ Tibb Elmləri Akademiyasının M. Averbax adına mükafatına layiq görülüb ilk qadın olan Zərifə Əliyevanın həyat və fəaliyyəti barədə Ukrayna ictimaiyyətinin ətraflı məlumatlandırılması olub. Zərifə Əliyeva oftalmologiya sahəsində 150-dən artıq elmi işin, kəşflərin və səmərələşdirici təkliflərin müəllifidir. O, Ümumittifaq Oftalmoloqlar Cəmiyyətinin rəyasət heyətinin, Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin rəhbər heyətinin, "Vestnik Oftalmoloqa" jurnalının redaksiya kollegiyasının üzvü olmuş, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının akademiki seçilib.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB