Nizami rayonunda stolüstü tennis yarışı keçirilib TƏDBİR-FOTOLAR

Nizami rayonunda stolüstü tennis yarışı keçirilib TƏDBİR-FOTOLAR

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Nizami rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının, rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə məktəblilər arasında stolüstü tennis yarışı keçirilib.

Yarışın açılış mərasimində çıxış edən Nizami rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov, YAP Nizami rayon təşkilatının Aparat rəhbəri Ramil Vəlibəyov və başqaları qeyd ediblər ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin idman sahəsində həyata keçirdiyi uğurlu siyasətin nəticəsində Azərbaycan idmançıları qələbələri bir-birinin ardınca sıralayaraq ölkəmizin nüfuzunu daha da artırırlar.

Çıxışlardan sonra yarışa start verilib.

20 məktəbin komandasının iştirak etdiyi yarış olimpiya sistemi üzrə keçirilib. Yarışda yüksək əzmkarlıq və peşəkarlıq nümayiş etdirən 229 saylı məktəb I, 145 saylı məktəb II və 238 saylı məktəb isə III yerin qalibi olub.

Sonda yarışın qalibləri medal və diplomlarla mükafatlandırılıb, xatirə şəkli çəkdirilib.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə