Ordumuz itki verdi

Atəşkəs rejiminin pozulması nəticəsində Azərbaycan Milli Ordusu şəhid verib. SİA-nın Müdafiə Nazirliyinin (MN) saytına istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində xidməti vəzifələrini yerinə yetirən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, gizir Əlizadə Şahmurad Hilal oğlu şəhid olub.

MN-nin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Bütün xəbərlər Facebook səhifəmizdə