Xaçmazda Kənd Təsərrüfatı nazirliyini təşkilatçılığı ilə regional müşavirə keçirib. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, müşavirədə ölkədə aparılan aqrar siyasətə uyğun olaraq bölgələrdə bitkiçilik məhsullarının istehsalının artırılması, itkilərin qarşısının alınması, məhsulun keyfiyyətinin yüksəldilməsi və s. istiqamətlər üzrə texniki, texnoloji, təşkilati və digər tədbirlərin həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb etdiyi bildirilib.
Qeyd olunub ki, bölgələrdə bitkiçilik məhsullarının, o cümlədən taxıl istehsalının artırılması, məhsulun keyfiyyətli yüksəldilməsi, itkilərin qarşısının alınması üzrə texniki, texnoloji, təşkilati və digər tədbirlərin həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır.
Xaçmaz rayonunda "Yazlıq bitkilərin əkini, payızlıq sahələr və çoxillik əkmələrdə aqrotexniki qulluq işlərinin təşkili" mövzusunda regional müşavirə keçirilib. Müşavirədə Nazirliyin Aparatının, Xidmətlərinin, "Aqrolizinq" ASC-nin, Aqrar Elm Mərkəzinin, aidiyyəti Elmi-Tədqiqat İnstitutlarının, Nazirliyin Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında fəaliyyət göstərən qurumlarının və yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin, eləcə də fermer və sahibkarların iştiraklar iştirak edib və müzakirələr irəli sürülüb.
Emin Kərimov, Xaçmaz
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB