"Havanın yaxşı keçməsi işi sürətləndirəcək" “Azəyolservis”dən cavab (FOTOLAR)

"Havanın yaxşı keçməsi işi sürətləndirəcək" “Azəyolservis”dən cavab (FOTOLAR)

Heydər Əliyev prospektinin Heydər Əliyev Mərkəzinin qarşısından Böyükşor qovşağına qədər olan hissəsində işlər sürətlə davam etdirilir. Nəqliyyat Nazirliyi "Azəyolservis" ASC-nin Mətbuat Katibliyindən SİA-ya verilən məlumata görə, səhər saatlarından həmin hissədə asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. Eyni zamanda təmir işləri çərçivəsində nəzərdə tutulan digər işlər də paralel olaraq həyata keçirilir.

Hava şəraiti normal keçərsə, yaxın günlərdə asfalt-beton işləri tamamilə yekunlaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə