Yeni meşə zolaqları salınacaq

Bu il Hacıkənd ərazisində yeni meşə zolaqları salınacaq. Üstəlik ötən ildən fərqli olaraq, Hacıkənddə yaşıllıq zolaqlarının artırılması ilə yanaşı, məhv olmuş meşə massivlərinin yenidən bərpası da gündəmdədir. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, artıq bu məqsədlə Göygöl rayon Meşə Mühafizəsi və Bərpası İdarəsi tərəfindən hazırlanan tədbirlər planı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, eləcə də digər aidiyatı qurumlara göndərilib. Üstəlik bu tədbirlər planında uzun illərdən qalan problemlərin həll edilməsi hədəf götürülüb. Təxminən hektar ərazi vahidində yeni meşə zolaqları salınması nəzərdə tutulub. Bunun üçün 120 min ağacın əkilməsi planlaşdırılır. Əkilən ağaclara gəlincə Hacıkənd meşələri göyüş, palıd və qoz ağacları ilə zənginləşdiriləcək. Bundan əlavə fıstıq və digər ağac növlərinin də əkilməsi nəzərdə tutulub.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə