Gəncədə su pulu problem olub

Gəncə Sukanal Törəmə Səhmdar Cəmiyyəti ilə abonentlər arasında yaranan problem, hələ də qalır. Bəzi abonentlər işlətdiyi suya görə olan borclarını ödəməkdən imtina edirlər. Rəsmi statistikaya görə, bu gün Gəncə şəhərində 60 min abonent var. Cari ilin müvafiq dövrü ərzində əhalinin içməli suya olan tələbatı 100% ödənilib. Bunun qarşılığında isə abonent sektorunun 35 faizi ödənişləri vaxtında həyata keçirib. Yaranan vəziyyətdən çıxış yolu kimi borcu olan abonentlərin suları kəsilir. Gündəlik olaraq bu kateqoriyadan olan vətəndaşları ödənişə cəlb etmək üçün reydlərə başlanılıb. Ən çətin vəziyyət isə sayğaclaşmayan ərazilərdədir.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə