Aprelin 16-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən, yağmursuz olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən xəbərə görə, səhər bəzi yerlərdə zəif duman olacaq, axşam buludluğun artacağı gözlənilir. Şimal-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturunun gecə 7-10, gündüz 12-16 dərəcə isti olacağı gözlənilir.
Aprelin 16-da Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə duman duman olacaq. Axşam bəzi cənub rayonlarında şimşək çaxacaq, yağış yağacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 5-10, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB