Elman Mehdiyev pensiyaçıları dinləyəcək

Elman Mehdiyev pensiyaçıları dinləyəcək

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev 24 aprel 2015-ci il tarixdə, saat 11:00-da Gəncə Aqrar Universitetinin inzibati binasında Gəncə şəhərinin, Samux, Göygöl, Daşkəsən və Kəlbəcər rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək. Fonddan SİA-ya verilən xəbərə görə, qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Fondun Aparatında (012) 434-12-34

Gəncə şəhər Nizami rayon şöbəsində (02226) 4-42-07

Gəncə şəhər Kəpəz rayon şöbəsində (02225) 5-12-22

Samux rayon şöbəsində (02227) 5-10-75

Göygöl rayon şöbəsində (02220) 5-23-77

Daşkəsən rayon şöbəsində (02221) 5-52-42

Kəlbəcər rayon şöbəsində (02225) 7-23-87

Qəbulda iştirak edəcək vətəndaşların aprelin 24-də DSMF-nin müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə