İctimai birliklər əməkdaşlıq memorandumu imzalayıb TƏDBİR-FOTOLAR

İctimai birliklər əməkdaşlıq memorandumu imzalayıb TƏDBİR-FOTOLAR

Nərimanov rayonunda qeydiyyatda olan "Yeni Gələcək" Gənclərin Maarifləndirilməsi İctimai Birliyi və "Qan Donorları Assosasiyası" İctimai Birliyi arasında respublika qan donorluğunun inkişafı istiqamətində birgə əməkdaşlıq memorandumu imzalanıb. SİA-nın məlumatına görə, memorandumu "Yeni Gələcək" Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Ağamir Ağamirov və "Qan Donorları Assosasiyası" İctimai Birliyinin sədri Fuad Əsgərov imzalayıblar. Memorandumun imzalanmasında əsas məqsəd yaxın gələcəkdə paytaxtın rayonlarında gənclərin qan donorluğuna cəlb olunması, maarifləndirilməsi və gənclər arasında qan donorluğu mədəniyyətinin formalaşdırılması istiqamətində birgə əməkdaşlığın əldə olunmasıdır.

Tədbirdə iştirak edən bir sıra təşkilat nümayəndələri, Nərimanov rayon gəncləri, o cümlədən idman ictimayyəti hər iki təşilata uğurlar arzulayaraq bu yolda onlara dəstəklərini əsirgəməyəcəklərini dilə gətiriblər.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə