Faşizm üzərində qələbənin 70 illiyi Azərbaycanda yüksək səviyyədə qeyd olunur. Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamına əsasən "1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına 800 manat məbləğində , Böyük Vətən müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına isə 400 manat məbləğində birdəfəlik maddi yardım edildi. SİA maddi yardımla bağlı veteranların fikirlərini təqdim edir:
.jpg)
Müharibə iştirakçısı Bəkir Məmmədov qeyd edir ki, o, Belarusiya cəbhəsində xidmət edib. Azərbaycan müstəqillik əldə etdikdən sonra daim diqqət mərkəzində olublar. Onlara öncə Ulu Öndər Heydər Əliyev, daha sonra isə prezident İlham Əliyev tərəfindən maddi yardımlar göstərilib: "Böyük Vətən Müharibəsi zamanı birinci dəfə döyüş bölgəsində olaraq Belarusiyada olmuşam. Sonra ordan Stalinqrada gəlmişik. Ordan da Müharibənin qələbəsinə getmişik. Mən bizə yardım edən hər kəsə çox sağ ol deyirəm. Əvvəllər 500, sonra 700, hal - hazırda isə 800 manat yardım alırıq. Prezident İlham Əliyevə təşəkkürümüzü bildiririk. Bu, bizim üçün böyük yardımdır. Biz arzu edirik ki, erməni faşistlərinə qalib gələk, Şuşada, Xankəndində, bütün işğal olunmuş torpaqlarımızda bayrağımız dalğalansın".

Seyfulla Muradov isə 17 yaşında müharibəyə qoşulub. Bu gün ölkə rəhbərliyi tərəfindən göstərilən diqqətə görə təşəkkürünü bildirib: "1924-cü ildə anadan olmuşam. Müharibədə paraşütçü olaraq iştirak etmişəm. Bu gün cənab Prezidentimizin bizə etdiyi yardıma görə, öz təşəkkürümüzü bildiririk. Bizə verilən 800 manat mükafatı da, müavinəti də vaxtında alırıq. Bizə ayrılan diqqətə görə minnətdarıq və çox razıyıq".

Böyük Vətən müharibəsinə 1943-cü ildə qatılaraq Berlin istiqamətində döyüşən Qəmbər İskəndərov isə ağır yaralandığını ifadə edib. Ümummilli lider Heydər Əliyev və prezident İlham Əliyev tərəfindən göstərilən qayğıya görə təşəkkürünü bildirib: "1926-cı ildə Göyçə mahalında anadan olmuşam. 1943-1946 ci illərdə müharibədə iştirak etmişəm. Mayın 2-də Berlin şəhərində ağır yaralanmışam General Leytenant Q.Jukovun əmri ilə Berlin şəhərində doktor İsmayilov Tacının yanında müalicə almışam. Cənab prezidentimiz İlham Əliyevə göstərdiyi dəstəyə görə hər zaman minnətdaram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB