Tatarıstan prezidenti Bakı haqqında

Rüstəm Minnixanov öz mikrobloqunda çəkdiyi şəkilləri yerləşdirib
Tatarıstan prezidenti Bakı haqqında

Azərbaycanda işgüzar səfərdə olan Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov özünün İnstagram səhifəsində Bakının görməli yerlərində çəkdiyi şəkilləri yerləşdirib.

Prezident Rüstəm Minnixanov sosial şəbəkədəki səhifəsində Azərbaycanın tatar icması ilə görüşündən görüntülər, "Alov Qüllələri"nin, "Panorama" əyləncə çarxının, Dövlət Bayrağı Meydanının, Dənizkənarı Milli Parkın fotoşəkillərini yerləşdirib. Bakının görüntüləri, eləcə də Azərbaycanda yaşayan tatarlarla çəkilmiş şəkillər Prezident səhifəsinin abunəçiləri tərəfindən maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə