Türkiyə Böyük Millət Məclisinin sədri Valentina Matviyenko ilə görüşəcək
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək Rusiyaya üçgünlük səfərə gəlib. Səfər çərçivəsində Cəmil Çiçək Dövlət Dumasının sədri Sergey Narışkin, Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşəcək.
TBMM sədrinin Tatarıstan Respublikasında Prezident Rüstəm Minnixanov ilə görüşəcəyi, parlamentlər arasında qarşılıqlı anlaşma və münasibətlərin inkişafına dair memorandum imzalanacağı gözlənilir. Həmçinin C.Çiçək Kazan Dövlət Universitetində tələbələr qarşısında çıxış edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB