12 aprel tarixində məhşur türkiyəli şair, yazar və radioçu, əsərləri ilə milyonlarla oxucunun sevimlisi olan Kahraman Tazeoğlu "İrəli" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən "Könüllü Kitabxananın" qonağı olub. SİA-nın məlumatına görə, üzvlər və kitabsevərlərlə görüşən Tazeoğlu əsərlərindən bəhs edərək oxucuların suallarını cavablandırıb. Səmimi söhbətin sonunda oxucuları üçün kitablarını imzalamağı və xatirə şəkilləri çəkməyi unutmayıb.
Görüş 12 aprel 2015 tarixindəsaat 11:00-da "İrəli" İctimai Birliyinin ofisində baş tutub. Görüş çərçivəsində Kitabevim.az yazarın öz imzası ilə eksklüziv kitab şatışı keçirib. Kahraman Tazeoğlu Azərbaycana Hədəf nəşrlərinin dəvəti, Kitabevim.az mağazalar şəbəkəsinin təşkilatçılığı ilə gəlib.
Qeyd edək ki, görüş "İRƏLİ" İctimai Birliyinin keçirdiyi "Youth weekend" çərçivəsində keçirilib. Eyni zamanda "İrəli" İB "Youth weekend"çərçivəsində Aprel- Dünya Autizm ayı ilə əlaqədar olaraq psixoloq Narınc Rüstəmovanın təqdimatı ilə "Autizm: Bilmək Anlamaqdır" adlı seminar təşkil edib.
Seminarda gəcnlərə maraqlı olan suallar cavablandırdı və autizm haqqında geniş məlumat verilib.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB