"Təbiəti görmək istədiyimiz kimi qoruyaq!”

"Təbiəti görmək istədiyimiz kimi qoruyaq!”

Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ Regional ofisi Ağcabədi rayon İcra Hakimiyyəti və Rayon Təhsil Şöbəsi ilə birgə "Təbiəti görmək istədiyimiz kimi qoruyaq!" adlı ekoloji marafona start verib. Mərkəzdən SİA-ya verilən xəbərə görə, marafonun keçirilməsində əsas məqsəd ekoloji tarazlığının bərpasına və ekoloji mühitin sağlamlaşdırılmasınatöhvə vermək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etməkdən ibarətdir.

2 gün davam edən aksiya çərçivəsində 80-dən çox quş yuvası düzəldilərək, rayonun mərkəzi Heydər Əliyev prospektindəki müxtəlif dirəklərə asılıb.

Marafon çərçivəsində gənclər üçün təcrübəli ekspertlər tərəfindən "Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydaları" haqqında məruzələr edilmiş, onların ekoloji təfəkkürün formalaşdırılmasına yönəlmiş maarifləndirmə sessiyaları keçirilib.

Qeyd edək ki, marafon Gənclər üçün Təhsil Mərkəzinin digər ofisləri vasitəsilə Gəncə, Mingəçevir, Quba və digər regionlarda da həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə