Dəmir yolunun bir hissəsini Çexiya şirkəti təmir edəcək FOTO

Dəmir yolunun bir hissəsini Çexiya şirkəti təmir edəcək FOTO

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində (QSC) Çexiyanın Moraviya STEEL şirkətinin nümayəndə heyətilə görüş keçirilib. SİA-nın xəbərinə görə, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.

Qeyd edək ki, "Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması" layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, "Azərbaycan Dəmir Yolları" QSC ilə podratçılar, Çexiyanın "MORAVİA STEEL" şirkətləri arasında "Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissəsinin maddi-texniki təchizatı və əsaslı təmiri" barədə İxrac Müqaviləsinə əlavə saziş imzalanıb.

Bakı-Böyük Kəsik sahəsində tikinti işləri başa çatandan sonra qatarların orta sürəti saatda 140 km-ə çatdırılacaq.

İkitərəfli əməkdaşlığın bundan sonra da genişləndirilməsi qərara alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə