Aprelin 14-də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) 9 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi Lənkəran şəhərində "Təhlükəsiz iş aylığı" çərçivəsində sağlam və təhlükəsiz əmək şəraitinin təşkilinə dair seminar-müşavirə keçirib. SİA-nın Cənub bürosunun məlumatına görə, tədbiri 9 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Ərəstun Əbilov giriş sözü ilə açaraq işəgötürən və işçilərə əmək qanunvericiliyi, o cümlədən iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ilə bağlı norma və standartlar, qaydalar barədə ətraflı məlumat verib. 9 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəis müavini Rasim Rəhimov mövzu ilə bağlı məruzə edib. Natiq əmək prosesində istehsalat qəzaları və peşə xəstəliklərinin qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi, işçilərin istehsalat qəzaları və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması və s. məsələlərə aydınlıq gətirib.
Seminar-müşavirədə iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Səbuhi Həsənov "Təhlükəsizlik iş aylığı"nın keçirilməsinin əhəmiyyəti və mahiyyəti, DƏMX-nın əməyin sosial məsələləri üzrə nəzarət sektorunun müdiri Tərlan Mürsəlov "28 aprel-Ümumdünya Əməyin Mühafizəsi" mövzusunda çıxış ediblər. Tədbirdə ayrı-ayrı təşkilatların nümayəndələri çıxış edib, onlar maraqlandıran suallar cavablandırılıb.
Daha sonra tədbir iştirakçıları "Lənkəran Konserv" ASC-də istehsalat prosesi ilə tanış olublar.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB