Suraxanıda səyyar xidmət göstərilib

Suraxanıda səyyar xidmət göstərilib

Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü, Suraxanı RPİ-nin müvafiq şöbə əməkdaşlarının iştirakı ilə rayon sakinlərinə şəxsiyyət vəsiqələrinin verilməsi üzrə nöbbəti səyyar xidmət keçirilib. SİA-nın xəbərinə görə, rayonun Hövsan, Zığ, Əmircan, Bülbülə və Qaraçuxur qəsəbələrində baş tutmuş səyyar xidmətlər nəticəsində ümumilikdə 467 nəfərin, o cümlədən əksəriyyətinin şəxsiyyət vəsiqəsinin etibarlıq müddəti bitmiş vətəndaşların, həddi-büluğa çatmış gənclərin, xüsusi diqqət və qayğıya ehtiyacı olan qoca, əlil və xəstə vətəndaşların müvafiq sənədləri qəbul edilib.

Mütəmadi şəkildə təşkil olunan belə tədbirlər davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə