Böyük Vətən müharibəsi iştirakçılarına maddi yardım göstərilib

Böyük Vətən müharibəsi iştirakçılarına maddi yardım göstərilib

Dövlət Sosial Müdafiə Fondu 1941- 1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına birdəfəlik maddi yardımın çatdırılmasını təmin edib. SİA-nın məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev bu gün kütləvi informasiya nümayəndələrinə məlumat verib. DSMF sədri qeyd edib ki, MDB məkanı üzrə 1941 – 45-ci illərdə Böyük Vətən Müharibəsi iştirakçılarına verilən müavinətin məbləği üzrə ən yüksək göstərici məhz Azərbaycandadır. Bu barədə statistika da təqdim olunub. Statistikada göründüyü kimi, Azərbaycanda bu kateqoriyadan olan insanlara birdəfəlik maddi yardım, digər MDB ölkələri ilə müqayisədə əhəmiyyətli şəkildə yüksək rəqəmlərlə ifadə olunur.

Bundan başqa Fond sədri qeyd edib ki, Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmların əməliyyat zonaları daxilində birləşmələrin işçilərinə və digər birdəfəlik məbləğdə maddi yardım verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə