Mikayıl Müşviq 298 saylı məktəbdə anılıb

Mikayıl Müşviq 298 saylı məktəbdə anılıb

Bu gün 298 saylı tam orta məktəbdə Mikayıl Müşfiqin həyat və yaradıcılığına həsr olunmuş "Heyif, ömür qısa ,arzu genişdir" adlı əbəbi-bədii gecə keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Mikayıl Müşfiqin həyat və yaradıcılığı haqqında geniş məlumat verilərək, istedadlı şairin ədəbiyyatımızda tutduğu mövqedən, lirikasının səciyyəvi cəhətlərindən geniş söhbət açılıb.

Qeyd edilib ki, Müşfiq şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir. Azərbaycan poeziyası tarixinə adını qızıl hərflərlə yazdırmağı bacaran Müşfiqin şeirləri yaşlı nəsillə bərabər, gənclərin də dillər əzbəri olub.Tədbirdə şagirdlərin ifasında ölməz şairin şeirlərindən ibarət ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib. Azərbaycan dili və ədəbiyyat müəlliməsi Səbinə Nuriyevanın təşkilatçılığı ilə baş tutan tədbir şagirdlər, valideyinlər, izləyicilər tərəfindən alqışa layiq görülüb.

Tədbirin sonunda xatirə şəkili çəkilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin "Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması" ilə bağlı əmrindən irəli gələn vəzifələri yerinə yetirmək məqsədi ilə 298 saylı tam orta məktəbdə mütəmadi olaraq bu cür tədbirlər həyata keçirilir.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə