Universitetlər nə zaman şəhərdən kənara çıxarılacaq? AÇIQLAMA

Universitetlər nə zaman şəhərdən kənara çıxarılacaq? AÇIQLAMA

"Bakının mərkəzindəki universitetlərin şəhərdən kənara çıxarılması çox yaxşı haldır". Bunu SİA-ya açıqlamasında millət vəkili Kamilə Əliyeva söyləyib. Millət vəkili universitetlərin şəhər mərkəzindən kənara uzaqlaşdırılmasını təqdirlayiq hal hesab edir.

Onun sözlərinə görə, heç bir Avropa ölkəsində universiterlər şəhərin mərkəzində yerləşmir: "Universitetlərin şəhərdən kənara çıxarılması tələbələr üçün də əlverişli şərait yaradacaq. Bakı şəhərində əhalinin sayı günü-gündən artır, sıxlıq yaranır. Gündəlik problemlərimizdən biri də tıxac məsələsidir ki, bu mənada da universitetlərin şəhərdən kənarda yerləşdirilməsi çox gözəl addımdır. Universitetlər paytaxtdan kənarda şəhərcik şəklində olacaq. Yəni orada həm tədris, həm yataqxana korpusları, həm də tələbələrin alış-verişi üçün ticarət mərkəzi inşa olunacaq. Əgər tələbələr üçün belə bir şəhərçik yaradılarsa, o zaman əlavə vaxt itkisi ilə yanaşı, təhlükəsizlik baxımından da əlverişli olacaq. Çox istərdim ki, bu layihə tez bir zamanda özünü doğrultsun. Sözügedən layihənin reallaşmasının dəqiq vaxtı bilinməsə də, onun həyata keçiriməsini səbirsizliklə gözləyirəm. Əbəttə ki, bu bütün universitetlərə eyni vaxta şamil edilməyəcək. Ali məktəblər şəhərin mərkəzindən hissə-hissə köçürüləcək. Bununla da tələbələrlə yanaşı, digər insanların da problemləri müəyyən qədər həll olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə