Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Məişət zorakılığına qarşı maarifləndirmə tədbirlərinin keçirilməsi" layihəsinin icrasına başlayıb. Bununla əlaqədar SİA-nın ofisində baş tutan təqdimat mərasimində çıxış edən layihənin rəhbəri İlham Əliyev məişət zorakılığının bu gün ölkədə və dünyada ən ciddi problemlərdən biri olduğunu deyib.
Onun sözlərinə görə, ailələrdə qadınların həyat yoldaşları tərəfindən müxtəlif zorakılığa məruz qalmaları, uşaqların işgəncələrlə üzləşmələri və bu kimi digər problemlər zaman-zaman baş verib və bundan çıxış yolları da cəmiyyətləri düşündürən əsas məsələrdəndir: "Məlumdur ki, uşaqlar valideynlər, dayələr, tərbiyəçilər, hətta müəllimlər tərəfindən müxtəlif növ təzyiqlərə məruz qalırlar. Çox təəssüflər olsun ki, bəzi hallarda valideynlər tərbiyə ilə tənbehi səhv salaraq öz doğma övladlarına psixoloji travma yetirmiş olurlar. Statistikaya görə, dünyada 14 yaşına qədər 2,5 milyon həddi-buluğa çatmamış uşaq valideyni tərəfindən döyülür. Sərt rəftardan xilas olmaq üçün 50 mindən çox uşaq hər il evdən qaçır. Məişət zorakılığına məruz qalan uşaqların sayı 50 faizi keçib. Məişət zəminində ailələrdə baş verən cinayətlərin 30-40 faizi uşaqlarla bağlı olur".
Məişət zorakılığının ailələrin dağılmasına səbəb olduğunu, uşaqların tərbiyəsində ciddi fəsadlar yaratdığını vurğulayan layihə rəhbəri deyib ki, mövzu kifayət qədər aktualdır və ciddi maarifləndirmə tədbirlərinə ehtiyac var. HDİM sədri deyib ki, 3 ay ərzində layhiə çərçivəsindəı Bakıda, Daşkəsən, Xaçmaz və Şirvan şəhərlərində dəyirmi masalar keçiriləcək, cəmiyyətin diqqəti məişət zorakılığa çəkiləcək. Xüsusi ilə yeniyetmə və gənclərin bu istiqamətdə məlumat bazasının artırılması, yerlərdəki ziyalı təbəqənin imkanlarına əsaslanmaqla məişət zorakılığına qarşı mübarizə ilə bağlı konkret təkliflər hazırlanması, zorakılığın qurbanı olan uşaqlara, qadınlara hüquqi yardım göstərməklə onların pozulmuş hüquqlarının müdaifəsi qarşıya qoyulan başlıca vəzifələrdir.
Layihənin icrası prosesində ölkədə yeniyetmə və gənclərin, xüsusi ilədə erkən ailə quranların durumuna dair cəmiyyətin geniş spektrinin rəyi öyrəniləcək və ideyalar umumiləşdirilərək konkret təkliflər hazırlanacaq və müvafiq dövlət qurumlarına təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB