"Ailədaxili konfliktlərin pərdə arxasında insanın qarşı tərəfdən gözləntiləri olur". Bunu SİA-ya açıqlamasında psixoloq Təhminə Çələbi söyləyib. Bildirib ki, xanımlar ailə həyatı qurmamışdan öncə fikirləşirlər ki, evləndikdən sonra həyat yoldaşı onun həyatını tamamilə dəyişəcək: "Ailə qurduqdan sonra normal olaraq bütün arzuların reallaşması mümkün deyil. Bu zaman da aqressiyalar yaranır. Bəzən ailədə münaqişələr o dərəcəyə çatır ki, sonda cinayətlə nəticələnir. Bəzən qarşı tərəfin boşanmaq istəməməsi münaqişələrin daha da sərtləşməsinə gətirib çıxarır. Onu da deyim ki, qadınların illərcə daxilini məhv edən, zorakılıq, şəxsiyyətin alçaldılması, xəyanətin edilməsi sonda qadının cinayət törətməsinə səbəb olur. Bu cür hadisələrin artmasına səbəb qadının boşanmaq istədiyi an boşana bilməməsidir. Bəzən elə anlar olur ki, qadın həyat yoldaşı ilə illərdir ayrılmasına baxmayaraq hələ də qarşı tərəfin təzyiqinə məruz qalır və sonda kişi qısqanclıq zəminində həyat yoldaşını öldürür. Təəssüf ki, cəmiyyətdə boşanma ilə bağlı müəyyən qorxular var. Təbii ki, heç kim sonda boşanacaq deyə ailə qurmur. Hər kəs xoşbəxt ailə sahibi olmaq istəyir. Ancaq orda konfliktlər son həddə çatıbsa, ayrılmaq ən düzgün qərar olardı. Çünki burada qadınla yanaşı, uşaqların da psixologiyasına mənfi təsir edir. Ona görə də hər şeyi vaxtında həll etmək lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB