Sabahdan temperatur yüksələcək PROQNOZ

Sabahdan temperatur yüksələcək PROQNOZ

Aprelin 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir yağış yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib. Havanın temperaturu gecə 4-6, gündüz 10-14 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda isə sulu qar və qar yağacağı gözlənilir. Gündüz əksər rayonlarda əsasən, yağmursuz olacaq. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 2-7, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə qədər isti, gündüz 6-11 isti olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə