Gəncədə it sərgisi keçirilib

Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Respublika Kinoloqlar İctimai Birliyinin təşkilatçılığı ilə Gəncədə müxtəlif itlərin sərgi-müsabiqəsi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Azərbaycanla yanaşı, Gürcüstan və Rusiyadan gətirilmiş itlər nümayiş etdirilib. Standartlarda itin xarici görünüşü və özünüaparma qaydası müəyyənləşdirilib.Bu standartlara cavab verən itlər müsabiqənin final mərhələsinə vəsiqə alıb və birincilik uğrunda mübarizə aparıblar. Gürcüstandan gətirilən Qafqaz çoban iti müsabiqənin qalibi olaraq, sərginin "ən yaxşı iti" titulunu qazanıb və mükafata layiq görülüb.Yarışma tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla izlənilib. Qeyd edək ki, itlərin sərgi- müsabiqəsi şəhərimizdə ikinci dəfədir ki, keçirilir. Respublika Kinoloqlar İctimai Birliyi ölkəmizdə 2001-ci ildə yaradılıb. Kinoloqlar Birliyidir və mindən çox üzvü var.Birlik kinoloqları, it təlimçilərini, baytar həkimlərini, it həvəskarları və sahiblərini özündə birləşdirir.2006-cı ildən Beynəlxalq Kinoloji Federasiyanın üzvüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə