Azərbaycanda infrastrukturun müasirləşməsi, eləcə də özəl və ictimai-sektorlarda informasiya texnologiyalarının tətbiqi ilə müşahidə olunan fəal iqtisadi inkişaf kibercinayətlər barədə xəbərdarlıq ehtiyacını da artırır. SİA-nın məlumatına görə, bunu ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi Aleksis Şahtaxtinski kibertəhlükəsizlik və milli təhlükəsizlik mövzusunda keçirilən konfransda bildirib.
Onun sözlərinə görə, Azərbaycanda 3 milyon insan internetdən istifadə edir: "Bəzi insanlar internetdən biznes məqsədi ilə istifadə edir, kimi isə xidmətlərin ödənişi məqsədi ilə. Amma əksəriyyət ödənişlərin təhlükəsizliyi ilə bağlı narahatdır. Çox insan hələ də kiberhücumlardan ehtiyat edir".
Qeyd edək ki, tədbir ATƏT-in Bakı ofisi və Azərbaycan XİN-in birgə təşəbbüsü ilə baş tutub. Konfransın məqsədi kibertəhlükəsizlik sahəsindəki problemlərin və bu sahədə qanunvericiliklə bağlı məsələlərin müzakirəsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB