Gəncədə beynəlxalq konfrans keçiriləcək

Gəncədə beynəlxalq konfrans keçiriləcək

Təhsil Nazirliyi və Azərbaycan Texnologiya Universitetinin birgə təşkilatçılığı ilə mayın 1-2-də Gəncədə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən "Kreativ sənaye texnologiyalarının tədrisi və tətbiqi" mövzusunda beynəlxalq elmi-praktiki konfransı keçiriləcək. SİA-nın xəbərinə görə, konfransda informasiya-kommunikasiya texnologiyalarının elm, təhsil və sənayedə tətbiqi, qida sənayesinin müasir texnologiyaları və ekspertiza, tekstil, yüngül sənayedə yeni materiallar və texnologiyalar, metallurgiya sənayesində texnologiyaların təkmilləşdirilməsi və tullantıların emalı, maşınqayırmada texnika və texnologiyaların inkişafı, Azərbaycanda kreativ iqtisadiyyatın inkişafı və digər istiqamətlərdə müzakirələrin aparılması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə