Heydər Əliyev prospektindən istifadə edən sürücülər sabahdan bu yoldan keçərkən diqqətli olmalıdırlar. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev SİA-ya deyib ki, aprelin 11-dən 12-ə keçən gecə Heydər Əliyev prospektinin Heydər Əliyev Mərkəzindən Böyük Şor qovşağına qədər olan hissəsinin əsas yolu təmirlə əlaqədar bağlanacaq.
Təmir işləri zamanı köhnə asfalt-beton örtüyü qaşınıb, yenisi ilə əvəz ediləcək, xətlənmə işi aparılacaq.
P.Mürsəliyev bildirib ki, yaxın 1-2 günə Heydər Əliyev prospektinin Böyük Şor qovşağından Heydər Əliyev Mərkəzinə qədər olan əsas yolu isə sürücülərin istifadəsinə veriləcək. Hazırda yolun rənglənməsi işləri aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB