Aprelin 13-dən 17-dək Marmaris şəhərində (Türkiyə) dəniz təhlükəsizliyi və piratlığa qarşı mübarizə kursu, aprelin 13-dən 24-dək İzmir şəhərində (Türkiyə) hava sahəsinə nəzarət və idarəetmə kursu, aprelin 13-dən 27-dək isə İstanbul şəhərində (Türkiyə) Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyası ilə Türkiyə Quru Qoşunları Akademiyası arasında müəllim mübadiləsi keçiriləcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB