Avtobus qəzasında 40 uşaq yanıb öldü

Ölənlərin əksəriyyəti uşaqlardır
Avtobus qəzasında 40 uşaq yanıb öldü

Mərakeşin Tan Tan bölgəsində baş verən avtobus qəzasında 40-a yaxın adam yanaraq dünyasını dəyişib. Ölənlərin əksəriyyəti uşaqlardır.

Məlumata görə, 11-14 yaşlarında olan uşaqlar bölgədə təşkil edilən bir yarışdan qayıdan idmançılar olub.

Yanğın avtobusun yanar maddə daşıyan yük maşını ilə toqquşması nəticəsində baş verib.

Qəza zamanı avtobusda 50-yə yaxın uşaq olub. Ölü sayının arta biləcəyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə