Bakıda Xətai rayonu, Zığ şossesi 16 ünvanındakı doqquzmərtəbəli yaşayış binasında baş vermiş yanğın söndürülüb. Hadisənin səbəbləri araşdırılır.
19:56
Bakının Xətai rayonunda Zığ şosesi, 16 ünvanı, "Nargilə" kafesinin arxasında yenidənqurma işlərinin aparıldığı 9 mərtəbəli yaşayış binasının fasad hissəsində yanğın baş verib. SİA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, yaşayış binasının fasad hissəsini üzləmək üçün qurulan taxta konstruksiyalar yanmağa başlayıb və az bir zamanda bütün binanı əhatə edib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin çoxsaylı texnikası və canlı qüvvəsi cəlb edilib. Havanın küləkli olması yanğının söndürülməsində çətinliklər törədir. Yanğın mənzillərə keçdiyindən binada yaşayanlar təxliyyə edilib.
Hadisə yerinə 10-a yaxın yanğınsöndürmə briqadası cəlb olunub. Havanın küləkli olması yanğınsöndürənlərin işinə çətinlik törədir.
Hazırda yanğın lokallaşdırılıb. Xəsarət alanlar barədə məlumat verilmir.
Hadisənin baş vermə səbəbi hələ məlum deyil.
Bizi izləyin, hadisə barədə daha ətraflı məlumat veriləcək.
.jpg)





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB