Qubadan olan çağırış yaşlı gənclər bu gün hərbi xidmətə yola düşüb. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, Quba Gənclər Mərkəzinin qarşısında yığılan gənclər ilk öncə Umumimilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Gənclər mərkəzinin qarşısından yola salınan gəncləri yola salmağa valideynlərlə birlikdə rayon ictimaiyyəti də toplaşıb. Mərasimdə çıxış edənlər orduya olan dövlət qayğısının daim artdığını və müstəqil Azərbaycan ordusunun ildən-ilə qüdrətləndiyini bildirdilər.
Həmçinin vətənin müdafiəsi, onun ərazi bütövlüyünün və suverenliyinin keşiyində durmağın hər bir vətəndaşın ən müqəddəs borcu olduğu vurğulanıb. Çıxış edənlər ordu sıralarına yollanan gənclərə uğurlu xidmət arzulayıblar. Valideynlər isə vətən üçün xidmətə göndərilən gənclərə xeyr dua veriblər.
Yeni hərbi xidmətə çağırılan gənclər musiqi sədaları altında doyunca rəqs ediblər.
Gənclər hərbi xidmətə həvəslə, fəxr və qürurla hazırlaşdıqlarını bildiriblər.
Çağırışçı gənclər üçrəngli dövlət bayrağımızı öpərək ordu sıralarına yola düşüblər
Emin Kərimov, Quba
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB