Daha bir yol təmir olunur

Bakıda daha bir yolda təmir işləri davam etdirilir. Bu barədə SİA-ya Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin Mətbuat katibi Pünhan Mürsəliyevin məlumat verib. P. Mürsəliyevin sözlərinə görə, Alı Mustafayev küçəsinin 3-cü mikrorayon dairəsindən 20 Yanvar dairəsinə kimi olan köməkçi hissədə asfalt-beton işləri artıq yekunlaşıb.

Qurum rəsmisi əlavə edib ki, hazırda həmin yolun əks istiqamətində, 20 Yanvar dairəsindən 3-cü mikrorayona qədər olan yolda yolun üst qatı qaşınaraq çıxarılıb və asfalt-beton işlərinə başlanılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə